AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Kür-Araz"a 0:3 hesablı texniki məğlubiyyət verib.
"Report"un məlumatına görə, buna komandanın heyətində rəsmi protokolda adı olmayan Ceyhun Quliyevin "Dinamo" ilə matçda meydana daxil olması səbəb olub.
“Kür-Araz”, həmçinin, 400 manat cərimələnib.