Qelebə.az / "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər

"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər

26-10-2023, 13:59

"Neftçi" klubunun aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər.

"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın idman direktoru Yens Andersson mətbuat konfransında bildirib.

İsveçdən olan mütəxəssis konkret planlar olmasa da, məsələnin müzakirəyə açıq olduğunu vurğulayıb: "Azərbaycan futbolu ilə bağlı təcrübəm hələlik çox deyil. AVRO-2024-ün seçmə mərhələsində milli komandanıza qarşı oyun keçirmişik. Noyabrda da İsveç yığması buraya gələcək".

O, ölkəsindən "Neftçi"yə futbolçu transfer olunması ehtimalına da toxunub: "Ola bilər. Amma mütləq şəkildə isveçli olması şərt deyil. Yaxşı futbolçu fərqli mədəniyyətə uyğunlaşa biləcəkmi? Ümumiyyətlə, gələn legionerin Azərbaycanda nə dərəcədə özünü göstərə biləcəyinə baxmaq lazımdır".

Geri qayıt