Qelebə.az / UEFA Gənclər Liqası: "Qəbələ" növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Gənclər Liqası: "Qəbələ" növbəti mərhələyə vəsiqə qazanıb

25-10-2023, 19:57

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, "qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.

Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Beləkiklə, "Qəbələ" iki görüşün nəticəsinə əsasən növbəti raunda yüksəlib. Komanda bu mərhələdə "Leççe" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.

Geri qayıt