Qelebə.az / FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi növbəti oyununu keçirəcək

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi növbəti oyununu keçirəcək

25-10-2023, 09:53

“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Bağçaşəhər” kollektivini qəbul edəcək.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub.

Geri qayıt