Qelebə.az / Azərbaycanın U-17 millisi növbəti oyununda da məğlub olub

Azərbaycanın U-17 millisi növbəti oyununda da məğlub olub

24-10-2023, 16:07

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu kollektiv sloveniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 0:3 hesablı məğlubiyyəti ilə bitib. Komanda ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu.

U-17 yığması növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.

Geri qayıt