Qelebə.az / Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb

24-10-2023, 09:09

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

"QELEBE.AZ"un məlumatına görə, 16 oyunçudan ibarət heyət səhər saatlarında sözügedən ölkəyə gedib.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Geri qayıt