Qelebə.az / "Zirə" İngiltərənin "Hall Siti" klubu ilə əməkdaşlıq edəcək

"Zirə" İngiltərənin "Hall Siti" klubu ilə əməkdaşlıq edəcək

23-10-2023, 13:29

İngiltərənin "Hall Siti" klubunun prezidenti Acun Ilıcalı "Turan Tovuz" və "Zirə" klubunun rəsmiləri ilə görüşüb.

"QELEBE.AZ"un məlumatına görə, 54 yaşlı funksionerə Premyer Liqa təmsilçilərinin forması hədiyyə olunub.

"Hall Siti" ilə Tovuz klubu arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə edilib

"Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov görüşlə bağlı şəxsi "X" hesabından paylaşım edib. O, səmimi keçən görüşdə iki klub arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.

Bakıda səfərdə olan @HullCity və Shelbourne @shelsfc FK-nın sahibi,@acunmedya qrupunun qurucusu,türk iş adamı Acun Ilıcalı @acunilicali ilə görüşdüm.Səmimi şəraitdə keçən görüşdə @ZirePFK ilə əməkdaşlıq və ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdik. pic.twitter.com/dnW13gu0Xk

— Orkhan Mammadov (@MammadovOrkh) October 23, 2023
Geri qayıt