Qelebə.az / “Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

4-10-2022, 13:27

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

QELEBE.AZ saytı xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.

Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Geri qayıt