Qelebə.az / İlqar Rəhimovun prezidenti olduğu IBSA Rusiya və Belarusun quruma üzvlüyünü dayandırıb

İlqar Rəhimovun prezidenti olduğu IBSA Rusiya və Belarusun quruma üzvlüyünü dayandırıb

20-10-2023, 16:15

Azərbaycanlı funksioner İlqar Rəhimovun prezidenti olduğu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) Rusiya və Belarusun quruma üzvlüyünü dayandırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə IBSA-nın İcraiyyə Şurası qərar çıxarıb.

Hər iki ölkənin üzvülüyünün 2 il müddətinə qismən dayandırıldığı vurğulanıb.

Bundan əlavə, qurum Rusiya və Belarus idmançılarının 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında neytral statusda mübarizə aparmasını dəstəkləyib.

Geri qayıt