Qelebə.az / "Qəbələ"nin prezidenti: "İddiasız deyilik"

"Qəbələ"nin prezidenti: "İddiasız deyilik"

20-10-2023, 13:51

"Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Lakin iddiasız da deyilik".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov deyib.

45 yaşlı funksioner "qırmızı-qaralar"ın Azərbaycan Premyer Liqasının birinci dövrəsindəki çıxışı barədə fikirlərini bölüşüb: "Əldə olunan nəticələr bizi razı sala bilməz. Amma son matçlar ümid verdi. Komanda öz oyun üslubunu tapa bilib".

Nəcəfov maraqlı və baxımlı oyun sərgiləmək istədiklərini söyləyib: "Yaxşı nəticələr qazanmaq niyyətindəyik. Bunun üçün komanda olaraq çalışacağıq. Məşqçilər heyətinin, futbolçuların və azarkeşlərin dəstəyi ilə ortaya bir iş qoymaq istəyirik".

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın X turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 22-də reallaşacaq görüş saat 16:30-da start götürəcək. Komanda 9 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.

Geri qayıt