Qelebə.az / AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb

19-10-2023, 16:22

AFFA Region Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

“Report” xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə I turun cütləri müəyyənləşib.

Komandalar 4 zona üzrə iki dövrədən ibarət liqada mübarizə aparacaqlar. Hər qrupda ilk 2 yeri tutanlar pley-offa vəsiqə qazanacaqlar.

Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək.

I tur

Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan" - "Gənclər"
"Ramana" (Abşeron) - "Mübariz"
"İrəvan" - "Record Club"
"Xanlıq" (Qubadlı) - "City Baku"
İlk turda "Gənclik" istirahət edəcək.

B qrupu
"Cürət" - "Lokomotiv Baku"
"Şimal" (Xaçmaz) – ŞKGB (Xaçmaz)
İCBFA - "Hypers"
"Şirvanovka" - "Dirçəliş"

Şimal-Qərb və Qərb zonası
"Balakən" - "VT Gəncə"
"Ağstafa Gəncləri" - "Qarxun"
"Şəki" - "Göyəzən"
"Goranboy Qala" - "Bərdə"

Mərkəz zonası
"Ərgünəş" (Füzuli) - "İsmayıllı"
"Araz" (İmişli) - "Göyçay"
"Hacıqabul" - "Mil" (Beyləqan)
"Olimpiya" (Ağcabədi") - "Ümid"

Cənub zonası
"Qobustan" - "Masallı"
"Neftçala" - "Zəfər 44"
"Lənkəran" - "Masallı"
İlk turda "Biləsuvar" istirahət edəcək.

Geri qayıt