Qelebə.az / AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

4-10-2022, 09:48

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun apellyasiya şikayətini təmin etməyib.

"QELEBE.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Sabah" azarkeşləri Premyer Liqanın V turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri qarşılaşmada meydana kənar əşyalar atıb.

Geri qayıt