Qelebə.az / Azərbaycanın FIFA referisi üç gün ərzində iki dəfə İtaliya millisinin oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi üç gün ərzində iki dəfə İtaliya millisinin oyununu idarə edəcək

19-10-2023, 10:00

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.

"QELEBE.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun II turundakı İtaliya - Şimali İrlandiya və III turun Yunanıstan - İtaliya matçlarında əsas hakim olacaq.

Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.

Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək.

Geri qayıt