Qelebə.az / İstanbul derbisini idarə edəcək hakim bəlli olub

İstanbul derbisini idarə edəcək hakim bəlli olub

18-10-2023, 16:09

"Qalatasaray" və "Beşiktaş" komandaları arasında baş tutacaq Türkiyə Superliqasının IX turunun oyununu idarə edəcək hakim müəyyənləşib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Halil Umut Melerə tapşırılıb.

Qeyd edək ki, oktyabrın 21-də reallaşacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Geri qayıt