Qelebə.az / Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

4-10-2022, 11:07

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallonun yeni iş yeri müəyyənləşib.

"Report"un "Tuttocalciopuglia" nəşrinə istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən "Foca"nın baş məşqçisi olacaq.

Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Geri qayıt