Qelebə.az / Neymar millinin oyununda zədələnib

Neymar millinin oyununda zədələnib

18-10-2023, 09:34

Braziliya millisinin futbolçusu Neymar zədələnib.

"QELEBE.AZ" xəbər verir ki, 31 yaşlı hücumçu Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb.

Təcrübəli forvard 45+4-cü dəqiqədə əvəzlənib və meydanı göz yaşları ilə tərk edib.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən oyunçunun zədəsinin ciddi olduğu ehtimal edilir.

Qeyd edək ki, qarşılaşma "sambaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Geri qayıt