Qelebə.az / DÇ-2026: Messi Argentinaya qələbə qazandırıb, Braziliya məğlub olub

DÇ-2026: Messi Argentinaya qələbə qazandırıb, Braziliya məğlub olub

18-10-2023, 09:03

Braziliya və Argentina milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, son dünya çempionları Perunun qonağı olub.

"Tanqoçular" Lionel Messinin 32 və 42-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanıb.

"Sambaçılar" isə səfərdə Uruqvaya eyni hesabla yenilib. Meydan sahiblərinin heyətində 42-ci dəqiqədə Darvin Nunyes, 77-ci dəqiqədə Nikolas de la Kruz fərqlənib.

Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliya 7 xalla 2-4-cü yerləri bölüşdürür.

Geri qayıt