UEFA “X“ sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” klubu ilə bağlı edib.
“QELEBE.AZ” xəbər verir ki, paylaşımda “emosiya” sözü yazılıb və “Qarabağ”ın oyunçularının fotosu yer alıb.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub. “Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
“Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.