Qelebə.az / Ralf Ranqnik: "Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik"

Ralf Ranqnik: "Azərbaycan millisinin nəyə qadir olduğunu bilirdik"

16-10-2023, 22:23

"Matç asan keçmədi. Rəqibin nəyə qadir olduğunu bilirdik".

"QELEBE.AZ" xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

Almaniyalı mütəxəssis Azərbaycan seçməsini analiz etdiklərini bildirib: "Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq".

Ranqnik oyunçuların qələbədən sonra mahnı oxuduğunu söyləyib: "Öz üzərimizdə işləməli və daha da irəli getməliyik. Kollektivdə hər şey yaxşıdır. Futbolçular bir-birilərini başa düşürlər".

Baş məşqçi meydanda mübasilərin normal olduğunu bildirib: "Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar".

Geri qayıt