Qelebə.az / İspaniyada gənc futbolçunun cəsədi tapılıb

İspaniyada gənc futbolçunun cəsədi tapılıb

16-10-2023, 16:15

İspaniyanın "Kordoba" klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun cansız bədəni aşkarlanıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.

Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.

Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.

Geri qayıt