Qelebə.az / Ümumdünya Antidopinq Agentliyi 200-dən çox rusiyalı idmançını cəzalandırıb

Ümumdünya Antidopinq Agentliyi 200-dən çox rusiyalı idmançını cəzalandırıb

15-10-2023, 17:52

Ümumdünya Antidopinq Agentliyi (WADA) 222 rusiyalı idmançını mühakimə edib.

“QELEBE.AZ” xəbər verir ki, bunu agentliyin rəhbəri Vitold Banka bildirib.

“Bu günə kimi 222 hökm çıxarılıb, 58 iş üzrə ittiham irəli sürülüb, 145 iş üzrə istintaq davam edir”-deyə, o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi bəyan edib ki, Rusiya Antidopinq Agentliyi dövlət qanunvericiliyinin Ümumdünya Antidopinq Məcəlləsinə uyğunsuzluğu səbəbindən tam statusundan məhrum olub.

Geri qayıt