Qelebə.az / "Zirə" yoxlama oyununda "Sumqayıt"a uduzub

"Zirə" yoxlama oyununda "Sumqayıt"a uduzub

14-10-2023, 17:10

"Zirə" və "Sumqayıt" komandaları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçiriblər.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Görüş "Sumqayıt"ın qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 75-ci dəqiqədə penaltidən Kamran Quliyev vurub.

Qeyd edək ki, "Zirə" 9 turdan sonra 19 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Sumqayıt" 11 xalla yeddinci pillədə qərarlaşıb.

Geri qayıt