Qelebə.az / Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır 

Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır 

14-10-2023, 16:23

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ oyunları üçün hazırlıqlara start verib.

Azərbaycan Basketbol Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığma məşqləri Azərbaycan Texniki Universitetinin idman zalında davam etdirir.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununu noyabrında 9-da səfərdə Litvaya qarşı keçirəcək.

Geri qayıt