Qelebə.az / Avropa çempionatı: AFFA rəsmisi seçmə mərhələ oyununa təyinat alıb

Avropa çempionatı: AFFA rəsmisi seçmə mərhələ oyununa təyinat alıb

14-10-2023, 14:27

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Report"un məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Litva - İslandiya matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 17-də Yonava şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt