Qelebə.az / AVRO-2024: İsrail millisinin daha bir oyunu təxirə salınıb

AVRO-2024: İsrail millisinin daha bir oyunu təxirə salınıb

12-10-2023, 13:14

UEFA İsrail millisinin AVRO-2024-ün seçmə mərhələsində daha bir oyununu təxirə salıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 15-də səfərdə Kosovo yığması ilə görüş baş tutmayacaq. Qarşılaşmanın yeni tarixinin yaxın zamanda açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl oktyabrın 12-də keçirilməli olan İsrail - İsveçrə oyununun noyabrın 15-də gerçəkləşəcəyi açıqlanıb. Bu qarşılaşmanın harada təşkil olunacağı hələlik bəlli deyil.

Geri qayıt