Qelebə.az / Rusiyalı futbolçu qəza nəticəsində vəfat edib

Rusiyalı futbolçu qəza nəticəsində vəfat edib

12-10-2023, 11:49

Rusiyanın "Uralts TS" komandasının futbolçusu Yevgeni Sitnikov dünyasını dəyişib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçinin yetirməsi olduğu "Amkar" klubu məlumat yayıb.

O, Perm - Yekaterinburq avtomobil yolunda qəzaya düşüb. Sitnikovla birlikdə maşında "Uralts TS"nin digər oyunçuları Kirill Koçetov, Kirill Mulnikov və Denis Fedoroçev də olub.

Hazırda xəstəxanada olan Koçetovun durumu ağırdır.

Geri qayıt