“Seçmə mərhələnin qarşıdakı turlarında Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik”.
“Report” xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi final mərhələsinə vəsiqə şanslarının az olmasına baxmayaraq, hələ də ümidini itirmir: “Seçmə mərhələnin sonuna hələ üç oyun qalır. Hazırda yalnız həmin qarşılaşmalarda qələbə qazanmaq barədə düşünürük. Avropa çempionatı kimi böyük turnirlərdə iştirak etmək istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, oktyabrın 16-da Belçikanın qonağı olacaq İsveç yığması noyabrın 16-da Azərbaycanla səfərdə, 19-da isə Estoniya ilə evdə qarşılaşacaq.