Qelebə.az / DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

11-10-2023, 09:10

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

Geri qayıt