Qelebə.az / Azərbaycan millisinin voleybolçusu: “Bu, Azərbaycan idman ictimaiyyəti üçün böyük bir uğurdur”

Azərbaycan millisinin voleybolçusu: “Bu, Azərbaycan idman ictimaiyyəti üçün böyük bir uğurdur”

10-10-2023, 02:39

“Çimərlik voleybolu üzrə keçirilən Avropa Kubokunun qalibi olduq. Bu, Azərbaycanın idman ictimaiyyəti üçün böyük bir uğurdur”.

Bunu “Report”a açıqlamasında kişilərdən ibarət Azərbaycan milli komandasının və "Murov Az Terminal" klubunun voleybolçusu Vüqar Bayramov deyib.

“Komanda yoldaşlarıma, federasiyaya təşəkkür edirəm. Oyunlarda əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra məşqlərə davam edəcəyik. Ümid edirəm ki, qalibiyyətimiz davamlı olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, "Murov Az Terminal" çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

Geri qayıt