Qelebə.az / Ronaldu “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir

Ronaldu “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir

10-10-2023, 06:34

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi məlumat verib.

Futbolçu 2026-cı il dünya çempionatında da oynamağı planlaşdırır. Ronaldu artıq klub rəhbərliyinə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istədiyini bildirib.

Ronaldu 2 yanvar 2023-cü ildə 200 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu olub.

Geri qayıt