Qelebə.az / Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb

Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb

9-10-2023, 18:03

Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

“Neftçi”nin oyunçusu AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Geri qayıt