Qelebə.az / Azərbaycan parataekvondoçusu Qran-prinin qalibi olub

Azərbaycan parataekvondoçusu Qran-prinin qalibi olub

9-10-2023, 17:26

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, 80 kq çəki dərəcəsində, K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü qızıl medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.

Geri qayıt