Qelebə.az / Azərbaycan triatlonçuları beynəlxalq turnirin qalibi olublar

Azərbaycan triatlonçuları beynəlxalq turnirin qalibi olublar

9-10-2023, 09:08

Azərbaycan triatlon millisinin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada təşkil edilən “İronstar Sprint Sochi Sirus 2023” turnirində birinci yeri tutublar.

Azərbaycan Triatlon Federasiyasından “Report”a verilən məlumata görə, Məmmədli 16-24 yaş qrupları arasında çempion olub, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb.

Voronina da 16-24 yaş kateqoriyasında birinci yeri tutub. O, qadınlar arasında mütləq kateqoriyada bürünc medala yiyələnib.

Geri qayıt