Qelebə.az / Azərbaycan klubu ilk dəfə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olub

Azərbaycan klubu ilk dəfə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olub

8-10-2023, 20:57

"Murov Az Terminal" çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi finalda Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu məğlub edib.

Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə "Murov Az Terminal" qələbə qazanıb. Yarışın qalibi isə qızıl setdə müəyyənləşib.

Rəqibini 15:10 hesabı ilə üstələyən Azərbaycan komandası Avropa Kubokunun sahibi olub.

Geri qayıt