AVRO-2024-ün seçmə mərhələsində Xorvatiya və Latviya yığmaları ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik edilib.
"QELEBE.AZ" xəbər verir ki, Almaniyanın "Hoffenhaym" klubundan komandaya cəlb olunan Ozan Kabak zədələnib.
23 yaşlı müdafiəçinin əvəzinə milliyə "Trabzonspor"dan Rayyan Baniya dəvət alıb.
Qeyd edək ki, oktyabrın 12-də Xorvatiyanın qonağı olacaq Türkiyə seçməsi, üç gün sonra Latviyanı qəbul edəcək.