Qelebə.az / PSJ-nin futbolçusu yarışda qalib gəldiyi üçün hərbi xidmətdən azad olunacaq

PSJ-nin futbolçusu yarışda qalib gəldiyi üçün hərbi xidmətdən azad olunacaq

8-10-2023, 02:48

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Li Kan İn U-23 Asiya Oyunlarında qələbəyə görə hərbi xidmətdən azad olunacaq.

“Report”un məlumatına görə, bu barədə “RMC Sport” xəbər verib.

Qeyd edək ki, Cənubi Koreyanın gənclər komandası Asiya Oyunlarının finalında Yaponiyanı 2:1 hesabı ilə məğlub edib. Cənubi Koreya qanunlarına görə, milli komandanın bütün futbolçuları hərbi xidmətdən azad edilməlidir.

Ötən mövsüm Li Kan İn 39 matçda iştirak edib. Bu matçlarda 6 qol vurub, 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, yarımmüdafiəçinin bazar dəyəri 22 milyon avrodur.

Futbolçu əvvəllər “Valensiya”da çıxış edib. Cənubi Koreya millisinin heyətində 22 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatında 4 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib.

Geri qayıt