İngiltərənin “Mançester Siti” futbol klubunun sahibi Şeyx Mənsur Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin təşkilatçılığı ilə istintaqa cəlb edilib.
“Report”un məlumatına görə, bu barədə “Goal.com” xəbər verib.
Qeyd olunur ki, Mənsur Ukraynada müharibə başlayandan sonra rusiyalı milyarderlərin İngiltərədən BƏƏ-yə pul köçürməsinə kömək etməkdə ittiham olunur. Onun rusiyalı iş adamları ilə əlaqəsi təsdiqlənsə, klubu itirə bilər. İngiltərə Premyer Liqasının yeni qaydalarına əsasən, klub sahibləri cinayət əməllərində və ya insan hüquqlarının pozulmasında əli olduğu aşkar olunsa, onların fəaliyyəti dayandırıla bilər.
Mənsurun sərvəti 16 milyard avro qiymətləndirilir. O, 2008-ci ildən “Mançester Siti”nin sahibidir. 2023-cü ilin yayında “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin, Mançester klubu dəfələrlə İngiltərə çempionu və ölkə Kubokunun qalibidir.