Qelebə.az / "Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

3-10-2022, 13:18

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Fil Fodenlə müqavilənin müddətini uzadacaq.

"QELEBE.AZ" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

"Şəhərlilər" artıq ingiltərəli oyunçu ilə razılıq əldə edib.

Qeyd edək ki, "Mançester Siti"nin yetirməsi olan Fil Fodenin hazırkı müqaviləsi 2024-cü ildə başa çatmalıdır. Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt