Qelebə.az / DÇ-2024: Azərbaycan millisi bu gün Qazaxıstanı qəbul edəcək

DÇ-2024: Azərbaycan millisi bu gün Qazaxıstanı qəbul edəcək

6-10-2023, 09:33

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

“QELEBE.AZ”un məlumatına görə, A qrupunda yer alan yığma favoritlərdən sayılan Qazaxıstanla qarşılaşacaq.

Vitali Borisovun yetirmələri rəqibini Bakı İdman Sarayında qəbul edəcək. Qazaxıstan ilk iki görüşündə qələbə qazanıbsa, millimiz Rumıniyaya məğlub olub (1:3), Niderlanda qalib gəlib (6:1).

Saat 20:00-da başlayacaq matçı finlandiyalı hakimlər Kirill Naişouler, Arttu Kyynaeraeynen və Paavo Komppa idarə edəcəklər.

Geri qayıt