Qelebə.az / “Sabah” Türkiyə, Monteneqro və Çexiya komandaları ilə qarşılaşacaq

“Sabah” Türkiyə, Monteneqro və Çexiya komandaları ilə qarşılaşacaq

6-10-2023, 09:23

“Sabah” basketbol komandası müntəzəm mövsümdə Türkiyə, Monteneqro və Çexiya təmsilçiləri ilə qarşılaşacaq.

“QELEBE.AZ”un məlumatına görə, təsnifat mərhələsində yer aldığı qrupu birinci pillədə başa vuran Azərbaycan çempionu bu dəfə D qrupunda mübarizə aparacaq.

Boban Mitevin yetirmələri ilk oyunlarını oktyabrın 18-də keçirəcəklər.

“Sabah”ın qrupda keçirəcəyi matçların təqvimi belədir:

18 oktyabr
“Mornar” (Monteneqro) – “Sabah”

Bar. Topolika İdman Zalı

25 oktyabr
“Sabah” – “Bağçaşəhər” (Türkiyə)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

1 noyabr
“Nimburk” (Çexiya) – “Sabah”

Nimburk İdman Mərkəzi

8 noyabr
“Sabah” – “Mornar” (Monteneqro)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

15 noyabr
“Bağçaşəhər” (Türkiyə) – “Sabah”

İstanbul. Ülkər İdman Zalı

22 noyabr
“Sabah” – “Nimburk” (Çexiya)

Bakı. “Sərhədçi” İdman Mərkəzi

Qeyd edək ki, “Sabah” təsnifat mərhələsində “Donar” (Niderland), “Rabotniçki” (Şimali Makedoniya) və “Rapid”i (Rumıniya) məğlub edib.

Geri qayıt