Qelebə.az / "Sabah" FIBA Avropa Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

"Sabah" FIBA Avropa Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

5-10-2023, 21:23

"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub - 90:71

"Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Geri qayıt