Qelebə.az / Lionel Messinin "İnter Mayami"dən sonra çıxış etmək istədiyi klub bəlli olub

Lionel Messinin "İnter Mayami"dən sonra çıxış etmək istədiyi klub bəlli olub

4-10-2023, 14:56

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi karyerasını ölkəsində davam etdirə bilər.

"QELEBE.AZ" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2025-ci ilin yayında “Nyuells Old Boyz”a keçəcək.

Forvard MLS təmsilçisi ilə müqaviləni yeniləməmək qərarına gəlib. Təcrübəli oyunçu vətənində çıxış etmək arzusundadır.

Qeyd edək ki, Lionel Messi 1995-2000-ci illərdə “Nyuells Old Boyz”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. O, 2000-ci ildə "Barselona" akademiyasına məhz bu klubdan keçib.

Geri qayıt