Qelebə.az / "Mançester Yunayted" 37 ildən sonra antirekordunu təkrarlayıb

"Mançester Yunayted" 37 ildən sonra antirekordunu təkrarlayıb

4-10-2023, 09:44

İngiltərənin "Mançester Yunayted" klubu 37 ildən sonra antirekordunu təkrarlayıb.

"Report" "Red Vlog"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 1986-cı ildən bəri ilk dəfə mövsümün açılışında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşib.

Komanda son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Türkiyə çempionu "Qalatasaray"a uduzub - 2:3.

Mançester təmsilçisi bu görüşə qədər 5 dəfə yenilib.

Geri qayıt