Qelebə.az / "Gəncə" klubu argentinalı məşqçi ilə müqavilə imzalayıb

"Gəncə" klubu argentinalı məşqçi ilə müqavilə imzalayıb

2-10-2023, 17:07

Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Bölgə təmsilçisindən "Report"a verilən məlumata görə, komanda argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb.

Mütəxəssislə birillik müqavilə imzalanıb. O baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb. "Gəncə" daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.

Geri qayıt