Qelebə.az / Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"u məğlub edib

Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"u məğlub edib

30-09-2023, 17:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "ağ-qaralar" 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.

Qeyd edək ki, saat 18:00-da başlayacaq matçda "Səbail" "Sabah"ı qəbul edəcək. Ötən gün açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

Geri qayıt