Qelebə.az / Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la, "Sabah" "Səbail"lə üz-üzə gələcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la, "Sabah" "Səbail"lə üz-üzə gələcək

30-09-2023, 09:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, ilk olaraq "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, "ağ-qaralar" 9 xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə "Sabah" səfərdə "Səbail"lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadır.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

Geri qayıt