Qelebə.az / Polşa Yay Olimpiya Oyunlarına evsahibliyi etmək istəyir

Polşa Yay Olimpiya Oyunlarına evsahibliyi etmək istəyir

27-09-2023, 16:02

Polşa 2036-cı ildə Yay Olimpiya Oyunlarını təşkil etmək üçün müraciət edəcək.

"QELEBE.AZ" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Andjey Duda açıqlamasında bildirib.

Qeyd edək ki, ilkin məlumata əsasən, 2036-cı ildəki olimpiada üçün İndoneziya, Meksika və Hindistan da mübarizə aparacaq. Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer adətən yarışın başlamasından 7 il əvvəl müəyyənləşir.

Geri qayıt