Qelebə.az / Ramil Şeydayev Tailand klubunda məhsuldar ötürmə verib

Ramil Şeydayev Tailand klubunda məhsuldar ötürmə verib

25-09-2023, 18:02

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmə verib.

“QELEBE.AZ”un məlumatına görə, 27 yaşlı hücumçu “Polis Tero”ya qarşı keçirdikləri V turun matçında ikinci qolun vurulmasında yaxından iştirak edib.

Görüşə start heyətində başlayan Şeydayev 82-ci dəqiqədə əvəzlənib. Matç “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, forvard IV turda “Trat”a 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt