Qelebə.az / Abşeron yarımadasında qayayadırmanma üzrə açıq festival keçiriləcək

Abşeron yarımadasında qayayadırmanma üzrə açıq festival keçiriləcək

25-09-2023, 09:55

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək.

“QELEBE.AZ” xəbər verir ki, yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-8 oktyabr tarixlərində baş tutacaq.

Abşeron yarımadasında yerləşən Korgöz massivində (Bakı qulaqları) təşkil olunacaq festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik üzrətəşkil olunacaq.

Qaliblər federasiyanın qaydalarına əsasən müəyyən olunacaq və ilk 3 yerin sahibləri müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Festivalda iştirak etmək istəyənlər oktyabrın 2-dək Azərbaycan Alpinizm Federasiyasının “facebook” səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron müraciət forması: https://forms.gle/3BpyJc6BaUgXgHTFA

Geri qayıt