Qelebə.az / İtaliya klubunun həndbolçusu: "Kür"ə qalib gəlsək də, bəzi şeyləri düzəltməliyik"

İtaliya klubunun həndbolçusu: "Kür"ə qalib gəlsək də, bəzi şeyləri düzəltməliyik"

25-09-2023, 01:39

"Qələbə qazansaq da, bəzi şeyləri düzəltməliyik".

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İtaliyanın "Jomi Salerno" klubunun həndbolçusu Martina De Santis "Kür"ə 36:19 hesabı ilə qalib gəldikləri Avropa Kubokunun 1/32 final mərhələsinin cavab matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Oyunçu Mingəçevirə səyahətlərinin bir az uzun çəkdiyini bildirib: "Amma bizim üçün xoşdur. Hələlik növbəti rəqibin hansı kolleltiv olduğunu bilmirik. Amma kimliyindən asılı olmayaraq qələbə barədə düşünəcəyik və bacardığım qədər yaxşı oynamağa çalışacağıq".

Geri qayıt